Orxan Cəfərov

Orxan Cəfərov 2009 – cu ildə Lənkəran Dövlət Universitetinin Ingilis dili və Ədəbiyyatı, 2023 – cü ildə AZərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universititeti arasında ikili diplom proqramı olan “Təhsilin İdarəolunması və İnsan Kapitalı” üzrə magistr dərəcəsini bitirib. 8 il müddətində dövlət və özəl məktəblərdə İngilis dili fənninin tədrisini aparıb və təhsil metodologiyaları, kurrikulumun hazırlanması və tələbə cəlbetmə strategiyaları haqqında dərin biliklərə sahibdir. 2021 – ci ildən etibarən “İcma Əsaslı Məktəbəqədər Təhsilin İnkişafı” layihəsində monitorinq və qiymətləndirmə üzrə mütəxəssis kimi işə başlayıb, hazırda layihə meneceri olaraq fəaliyyət göstərməkdədir. İcma əsaslı məktəbəqədər təhsil layihəsinin idarə edilməsində 2 ildən artıq təcrübəsi var. Fəaliyyət istiqaməti kimi müəllimlərin işə qəbulu, təlimlərin hazırlanması və təşkili, monitorinqlərin keçirilməsi və qiymətləndirilməsinə nəzarət edir. Eyni zamanda layihə çərçivəsində mentorların hazırlanması üçün “Mentor Proqramı” nın da təşkili və icra olunması prosesinə rəhbərlik edir. O, həm də Elm və Təhsil Nazirliyinin dövlət məktəbəqədər təhsil müəssisələrinin pedaqoji və rəhbər heyəti üçün təşkil olunmuş təlimlərdə təlimçi olaraq da iştirak etmişdir və “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası”nın idarə heyətinin də üzvüdür.

LinkedIn: https://www.linkedin.com/in/orkhan-jafar/

Facebook: https://www.facebook.com/orkhan.zamir

E-mail: [email protected]