İqtisadiyyat fakültəsi

İqtisadiyyat fakültəsi

Ümumi məlumat
Qarabağ Universitetinin İqtisadiyyat fakültəsində altı ixtisas üzrə (İqtisadiyyat,  Beynəlxalq ticarət və logistika, Maliyyə, Mühasibat, Menecment,  Dövlət və bələdiyyə idarəetməsi) nəzəri və praktiki biliyə sahib, analitik düşünən və effektiv qərarlar qəbul edə bilən peşəkar mütəxəssis hazırlığı həyata keçirilir.

Fakültə tələbələrin fərdi inkişafını dəstəkləyərək, onlara rəhbərlik, komanda işi, problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün mükəmməl təhsil şəraiti yaradır.

Fakültənin əsas məqsədi qlobal Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) çərçivəsində müasir iqtisadiyyatın tələblərinə cavab verən, əmək bazarına hazırlıqlı olan, Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verən, yenilikçi və məsuliyyətli insan kapitalı yetişdirməkdir.

İqtisadiyyat fakültəsində təhsil yüksək keyfiyyət və zəngin təcrübə deməkdir.

Fakültə heyəti