Məşvərət Şurası

Mükəmməllik Mərkəzində fəaliyyət göstərəcək Məşvərət Şurası mərkəzin strateji inkişafını müəyyən etmək və bu istiqamətdə fəaliyyət planının hazırlanmasına məsləhət xidməti vermək üçün qurulmuşdur. Bu məşvərət şurasının üzvləri mərkəz əməkdaşları ilə mütəmadi onlayn və ya üzüzə görüşlər keçirərək mərkəzin fəaliyyətinin effektivliyini artırmaq, atılan addımların nəticələri haqqında müzakirə aparmaq və gələcək tövsiyyələr vermək üzrə bir araya gəlmişdir. Məşvərət şurasının üzvləri müxtəlif ixtisas istiqamətləri, müxtəlif xidmət sektorları, dövlət və özəl müəssisələrdə fəaliyyət göstərən peşəkar şəxslərdən ibarətdir və üzvlərin bu formada seçilməsi biləvasitə mərkəzin hərtərəfli inkişafına yönəlmiş bir strateji qərardır