
Məşvərət şurası
Kənan Kərimli
Kənan Kərimli İngiltərədə, INTO Newcastle Universiteti biznes idarəetməsi üzrə hazırlıq, Sunderland Universitetində biznes idarəetməsi üzrə bakalavr və Northumbria Universitetində insan resursları idarəetməsi üzrə magistr təhsili almışdır. 2015-ci ildən etibarən, konsaltinq (məsləhət xidmətləri) sahəsində fəaliyyətə başlamış, SOCAR, AzerGold, AR Mədəniyyət Nazirliyi, PMD Hospitality, Gazelli Group və kiçik-orta böyüklükdə təşkilatlarda (bank, İT xidmətləri, səhiyyə və s sektorlar) təlimçi, konsultant və layihə rəhbəri olaraq çalışmışdır. Biznes proseslərin inkişafı, təşkilati inkişaf, biznesin inkişafı, əməliyyat modeli və strategiya mövzuları Kənan bəyin əsas ekspertizasıdır. Kənan bəy eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Oxbridge Academy və İstək Liseylərində menecment və biznes dərslərini tədris etmişdir. Son 2019-2023-cü illərdə isə ADA Universitetində, Təşkilati Davranış və İnsan Resursları İdarəetməsi dərslərini tədris etmişdir. Kənan bəy 2022-ci ilin fevral ayından Kaspi Təhsil Şirkətində peşəkar fəaliyyətinə davam etmişdir. Hal-hazırda Kaspi Təhsil Şirkətinin idarə heyətinin üzvü olaraq bağça və məktəbəqədər hazırlıq mərkəzləri, xaricdə təhsil xidmətləri, təşkilati inkişaf layihələri və marketinq & kommunikasiyalar funksiyası olmaqlar bir neçə sahəni kurasiya etməyə davam edir. İngilis və türk dillərini səlist şəkildə bilir, orta səviyyədə isə rus dili biliyinə malikdir. Associate CIPD, SHRM-CP, CAPM, McKinsey Forward və Times Higher Education Accredited Counsellor kvalifikasiyalarına sahibdir.
LinkedIn: https://www.linkedin.com/in/kanan-karimli-591109a1/
Facebook: https://www.facebook.com/profile.php?id=100094291482253&mibextid=ZbWKwL
E-mail: [email protected]