İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrası

Qarabağ Universitetinin İncəsənət fakültəsi nəzdində yaradılan İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrası çoxşaxəli və yenilikçi tədris metodları ilə 2024–cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq. Bu kafedra daxilində həm milli, həm də Avropa alətləri ifaçılığı, eyni zamanda musiqi müəllimliyi ixtisasları tədris olunacaq. Alət ifaçılığı özündə tar, kamança, saz, nağara, qarmon, piano, violin və klarnet alətləri üzrə tədris planını nəzərdə tutur. Qeyd edək ki, yeni ixtisasların gələcəkdə tədris praktikasına daxil olunması nəzərdə tutulur.

          Kafedranın tədris fəaliyyətinin qurulması yüksək peşəkarlığı ilə seçilən müəllim heyətinin yaradıcı və intellektual gücünə istinad edəcək.  Yeni ideyaların reallaşdırılması, gənc nəslin formalaşmasında bölüşüləcək təcrübə və elmi fikirlərin tətbiqi ilə bağlıdır. Habelə, Universitetdə yaradılacaq şərait və dünya təhsili səviyyəsinə əsaslanma ümdə məqamlardandır.

          Tələbələrin diaqnostik, təşkilatçılıq, kommunikativ, tədqiqatçılıq və yaradıcı yanaşmalarının formalaşması onların gələcəkdə yüksək peşəkarlığı ilə seçilən şəxsiyyətlər kimi fəaliyyəti üçün kafedranın qarşıya qoyduğu önəmli məqsədlərdəndir.

          Təhsil sistemimizin yenidənqurulma dövrü, musiqiçi müəllim kollektivinin yeni və fərqli yanaşma metodları, xüsusi fənnlər və yeni metodlarla dərs praktikasının keçirilməsi, mövcud fənnlərin yeni proqramlar əsasında tədrisi və tətbiqi istiqamətində şəraitin yaranması, eyni zamanda tədris təcrübəsi ilə bərabər, elmi işlərin yazılması, beynəlxalq müstəvi üzərində qurula biləcək konfrans və bu tipli tədbirlərin təşkili, konsertlərin həyata keçirilməsi tələbələrin təhsil həyatını rəngarəng edəcək.

          İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrası gənc, yaradıcı nəslin düşüncə və maraqlarını fərqli, seçilən və ən üstün meyarlara yönləndirmək istəyindən irəli gəlir. Belə ki, dünya musiqi təhsili təcrübəsi və Azərbaycan musiqi ifaçılığının qarşılıqlı təmasından yarana biləcək əsas cəhətləri birləşdirərək yeni ifaçılıq təhsili növü yaradılması kafedra üçün vacib şərtlərdəndir.

          Milli və klassik alət ifaçılığı sahəsində repertuar yenilənməsi, tələbələrə yaradıcılıq sərbəstliyinin verilməsi təhsil prosesinin vacib hissəsi olacaq. Hər ifaçıdan tələb edilən əsas şərtlərdən birinin səhnə sərbəstliyi olmasını əsas alaraq onların bu sahədəki imkanlarını da inkişaf etdirməyin önəmini vurğulamaq lazımdır. Digər bir məsələ, ifaçının intellektual səviyyəsinin yetəri qədər yüksək olması şərtidir. Yüksək IQ həm də ifanın yüksək səviyyəsinin əsasıdır. Odur ki, bu kafedrada təhsil alacaq ifaçılar həm texniki, həm bədii, həm də intellektual səviyyənin inkişafı üzərində “musiqi şəxsiyyətləri”ni müəllimlərinin və təhsil alacaqları Qarabağ Universitetin yaratdığı şərait nəticəsində formalaşdıracaqlar.

          Tələbələr qarşısında duracaq məsələlərdən biri - digər alətlər üçün yazılmış əsərlərin öz alətlərinə istinadən işlənib şəxsi ifalarında təqdim etmələri gələcək sərbəst inkişafları üçün faydalı olacaq. Eyni zamanda tələbələrin konsert fəaliyyətində iştiraklarının mütləqiyyəti səhnə alışqanlığı, səhnə mədəniyyəti təcrübələrinin formalaşmasına gətirib çıxaran bir yoldur.

          Bundan əlavə, tələbə-müəllim ünsiyyətinin də vacibliyi önəmlidir. Odur ki, təhsil prosesinə qoşulan bütün müəllimlərin konsert fəaliyyətinin də olması mütləq şərtlərdəndir. 

          Əminliklə qeyd etmək olar ki, kafedra bu ali təhsil ocağının nəzdində ölkə üçün yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsi yolunda mövcud olacaq ən yeni və böyük addımlardan birinə çevriləcək.

 

Tədris olunacaq fənnlər:

-         Əsas musiqi aləti (tar)

-         Əsas musiqi aləti (kamança)

-         Əsas musiqi aləti (nağara)

-         Əsas musiqi aləti (saz)

-         Əsas musiqi aləti (qarmon)

-         Əsas musiqi aləti (klarnet)

-         Əsas musiqi alət (violin)

-         Əsas musiqi aləti (piano)

 

Fəaliyyət göstərən müəllimlərin adı

 

Ad

Soyad

Ata adı

Elmi dərəcəsi

Vəzifəsi

1

Arslan

Növrəsli

Növrəs

Magistratura

Kafedra müdiri

2

Ceyhun

Əzizov

Rafael

Magistratura

müəllim

3

Aslan

Mehtiyev

Murad

Magistratura

müəllim

4

Vəfa

Babayeva

Xanvər

Magistratura

müəllim

5

Hüseyn

Cəfərli

Ədalət

Magistratura

müəllim

6

Ramin

Ağayev

Heydər

Magistratura

müəllim

7

Ülvi

Hacıyev

Ərəstun

Magistratura

müəllim

8

Mədinə

Şahgəldiyeva

Elçin

Magistratura

müəllim