Rektorun köməkçisi

Rəşad Məmmədov – Rektor köməkçisi

Rəşad Məmmədov 1996-cı il iyulun 6-da Mingəçevir şəhərində anadan olub. 2013-cü ildə Mingəçevir şəhəri R.Mirabov adına 7 saylı tam orta məktəbi “Qızıl medal” ilə bitirib. Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr səviyyəsinə qəbul olub. 2017-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olub. 2019-cu ildə yüksək akademik göstəricələrlə məzun olub. 2020-ci ildə Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə Milli Aviasiya Akademiyasında Sahə iqtisadiyyatı ixtisasına qəbul olub və hazırda həmin ixtisas üzrə təhsil və tədqiqat işi davam edir. Beynəlxalq və ölkədaxili bir sıra məqalə və tezislərin müəllifidir.

09.01.2018-11.01.2023-cü illərdə Bank of Baku ASC-də Onlayn bankçılıq şöbəsinin Analitika bölməsinin baş mütəxəssis vəzifəsində çalışıb. 13.01.2023-16.07.2024-cü illər ərzində isə Azərbaycan Rrespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət  Sosial Müdafiə Fondunun Aparatının Sosial ödənişlər derpartamentinin Təhlil və statistika şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 17.07.2024-cü il tarixindən Qarabağ Universitetində rektor köməkçisi vəzifəsində fəaliyyət göstərir.

Subaydır.